16+
Лайт-версия сайта

Komputer, internet bumu ve virtual tehluke

Литература / Очерки / Komputer, internet bumu ve virtual tehluke
Просмотр работы:
14 июня ’2011   23:45
Просмотров: 26299

Hafiz Mirzə
                                              www.hafizmirza.com 
KOMPÜTER, İNTERNET “BUMU” VƏ VİRTUAL                           TƏHLÜKƏ MƏNBƏYİ
( Atomun kəşfi bəşəriyyəti irəliyə apardığı qədər də məhvinə apara bilər )
                         I MƏQALƏ  

    Artıq iyirmi ilə yaxındır ki, elm və texnika özünün yeni mərhələsinə qədəm qoymuşdur. Bu mərhələnin nəticəsi olaraq rəqəmsal televiziya, mobil rabitə, kompüter və internet icad olunmuş və həyatımıza geniş daxil olmuşdur. O hətta artıq televizor kimi əsas tələbat vasitəsinə çevrilmişdir. İndi elə bir sahə yoxdur ki, ora¬da kompüterdən istifadə edilməsin və bunun sayəsində mühüm irəliləyişə və inkişafa nail olunmasın. Əgər bir günlüyə dünyanın və ya hər hansı bir ölkənin mobil rabitə sistemi dayanarsa, nələr baş verər!? Eləcə də, öz mobil telefonunu itirmiş və ya bundan məhrum olmuş hər bir iş adamı, hətta adi insan da tamam çaşqın vəziyyətə düşəcək. Tamamilə kompüterləşmiş televiziya, radio, qəzet və nəşriyyatlar da indi 25 il əvvəlin texniki imkanları ilə günün tələblərinə cavab vermək imkanlarına malik deyil. Kompüter texnologiyası insan həyatının fəaliyyət sürətini xeyli artırmış, bəşəriyyəti xeyli irəli aparmışdır. Kompüter texnologiyası insan həyatının yeni inkişaf mərhələsinin bəlkə də ilk pilləsidir. 25 il əvvəl fantast yazarların ağlına gəlməyəcək yeniliklər məhz indi onun sayəsində həyata keçir və heyrət amili də yeni sferaya qədəm qoyur. Vaxtı ilə elektrik, sonra raket, daha sonra atom əsri hesab olunan elmi-texniki tərəqqi indi kompüter əsrinə qədəm qoymuşdur. İnsanlığın bu əsrə böyük ehtiyacı vardı. Kompüter texnologiyası daha digər ölçü, keçid, anlayış, əhatə, sürət formalarının müəyyən edilməsinə yol aça bilər. Bir sıra anomal hadisələrin qarşısında tamam aciz qalan, kainatı və insan beynini, bir sıra xəstəlikləri dəqiq öyrənmək istəyən, Yer kürəsinin qarşısına çıxa biləcək faciələri dəff etməyə çalışan insanlıq indi kompüterdən asılıdır və onun inkişafına möhtacdır. Amma bu asılılıq həyatımızı inkişaf etdirdiyi qədər də müəyyən fəsadlar doğura, hətta insan zəkasını və ömrünü qısalda bilir. Deməli, ondan kor-koranə istifadə edilməsi, müdafiəsiz aludəçisi olmaq da məqbul sayılmaz. Onu da düşünmək lazımdır ki, maddi dünyanın tərəqqisi mənəvi dünyanın tərəqqisi ilə harmoniya təşkil etməli və bir-birini tamamlamalıdır. Amma biz bu mərhələnin digər tətəfini - mənəvi aspektini nəzərə almışıqmı, onun cəmiyyətə mənəvi cəhətdən əslində fayda və ya ziyan verdiyinin dəqiqləşdirmişikmi? Azərbaycanda hal hazırda əhalinin cəm sayına nəzərən ən azı hər 5 nəfərindən birinin mobil telefonu var. Mobil rabitədən hərə bir məqsədlə istifadə edir. Amma mobil rabitə heç də təkcə işgüzar həyata xidmət etmir. Onun imkanları sosial sferanı da əhatə etdiyi üçün böyük bir qisim istifadəçi mobil telefondan həm də əyləncə, istirahət, tanışlıq, paylaşma və digər məqsədlər üçün bir vasitə olaraq yararlanır. Hələ internet məkanını – virtual aləmi demirik! Kompüter texnologiyası özünün gözlə görülməz, konkret maddi məkan kimi anlaşılmayan virtual dünyasını formalaşdırmışdır. Adına internet deyilir. 1957-ci ildə SSRİ “Yer” adlı sputniki kosmosa buraxdıqdan sonra ABŞ-da bərk təşvişə düşdülər. Onlar müharibə başlayacağı təqdirdə təhlükəsiz informasiya şəbəkəsi yaratmağı qərara aldılar. 1969-cu ildə APRANET adlı informasiya şəbəkəsi yaradıldı. İlk illər bu şəbəkədən yalnız electron poçtanın (e-mail) göndərilməsində istifadə olundu. Tədricən bu server daha geniş şəbəkələri birləşdirdi. Burada elmin əksər sahələri qoşulmuşdu. 1984-c2 ildə APRANET-in rəqibi - ABŞ Milli Elm Fondu (NFSNet) yarandı. Onun istifadəçilərinin sayı on minləri keçdikdə o artıq fəxri “İnternet” adını aldı.Adının bir açmasını zarafatla “O dün¬ya!” kimi də deşifrə edirlər. Ancaq qeyd olunan “o dünyadan” qayıdış var və insanlar oraya könüllü qədəm qoyurlar. Çünki internet məkanında insanlar real dünyada əldə edə bilmədikləri çox şeylərə nail olur, özünü təsdiq edə bilir, imkanlarını genişləndirir, dünyaya inteqrasiya olunur. Təkcə onu qeyd edək ki, bir həftə ( 168 saat) məsafə qət edən adi bir məktub internet vasitəsilə bir anda ünvanına çatır. İndi Azərbaycanda müasir zamana inteqrasiya olunmuş hər bir qoca, cavan internet istifadəçisidir. 2008-ci ilin göstəricisinə əsasən dünyada 1,4 milyard, Yer əhalisinin 4\1 qədəri, indi bəlkə də 4\2 hissəsi internet istifadəçisidir. Burada hər şey var: istənilən elmi sualın cavabı, hər cür şəkillər, istənilən kitablar, əksər qəzetlər, televiziyalar, maraqlı, məşhur şəxsiyyətlər, zəngin informasiyalar, nadir süjetlər, idmanın bütün növləri barədə operativ məlumatlar, ədəbiyyat nümunələri, tarix, incəsənətin bütün növləri, eləcə də rəssamlıq, memarlıq, musiqi,.. həm də gözəl qadınların şəkilləri, onların barəsində intim məlumatlar, parnoqrafiya, əks cinslə tanışlıq, hətta virtual cinsi əlaqədə olmaq istəyən tərəflər,.. düşmənlər, simasızlar, geylər (“mavilər”), satanistlər,.. Biz buraya ölkənin, millətin ideoloji, siyasi, iqtisadi rəqiblərinin yaydığı düşmən təbliğatını da əlavə edək. Belə bir məkanı nəzarətsiz qoymaq olarmı? Zatən yaradıcısından uzaq, nəzarətsiz və tam azad məkan deyilmiş. Əslində internet yeni və hüdudsuz bir aləmdir, burada sərhədlər, dövlət qadağaları, fiziki cəza növləri, abır-həya amili yoxdur,.. İlk baxışdan tamam sahibsiz, ibtidai azadlıqların hökm sürdüyü ideal bir məkan anlamını verir. Amma belə deyilmiş! İnternetə hər kəs özünün peşəkar və ya bilik əldə etmək maraqları ilə daxil olmur axı! O həm də boş-bekar adamların əyləncə yeridir. Bütün günü əlində mobil telefonla qurcalanan gənclər təkcə dost-tanışa SMS, əzizlərinə MSN və ya süjet göndərirmi? Xeyr! Onların böyük əksəriyyəti Wap (mobil) saytlarda əks cinslə tanış olur, yazışır, sevişir, tanıdığı və ya tanımadığı adamlara hədyan cavablar yazır, başından böyük yalan danışır, qələtlər edir,.. Hətta qadın adı ilə qeydiyyata durub, nik açıb, e-mail yaradıb tanıdığı yaşlı-cavan kişilərlə məzələnən erkəylər və ya profilinə yaraşıqlı kişi şəkli qoyub hansısa qadını ələ sal¬maq istəyən qadınlar-qızlar həddən artıq çoxdur. Hətta sonunda canlı ünsiyyətə çıxmayan internet fahişələri də yaranmışdır. Bütün üstün məziyyətlərinə rəğmən internet həm də insanların əxlaqını pozurmuş. Bu yaxınlarda kriminal xəbərlər arasında qeyd olunan bir xəbər televiziya tamaşaçılarını şoka salmışdı. İnternet vasitəsilə tanış olduğu gözəl qıza (rəsminə) aşiq olan və qarşılıqlı, virtual eşq yaşayan gənc oğlan nəhayət onu əyani görməyə razı sala bilir. Və birdən nə baş verir? Açılan qapının arxasında cavan bir oğlan ona baxaraq bic-bic gülür. Heç demə onun sevgilisi rolunda çıxış edən məhz bu cavan oğlan imiş. Buni anladıqda şoka düşən gənc bu dolandırıcını bıçaqla vurub öldürür. Və ya birdən öz yaxın adamı ilə, hətta bacısı, qardaşı, əri və ya arvadı ilə qarşılaşan tərəflər də az olmur. Onların yaşadığı psixoloji sarsıntını və bunun nəticəsini düşünək. Bundan çoxmu adam sığortalana bilir? İnsanları əxlaqi keyfiyyətlərə tapınmağa məcbur edən cəmiyyət amili, ictimai qınaq, qanunlar, ailə və qohum təzyiqi olmadıqda şəxsin yoldan azmaq təhlükəsi artır, buna yuvarlanmaq ehtimalı yüksəlir. Hamamda özü-özü ilə tək qaldıqda düşüncədə abır-həya elementləri xeyli azalır. Eləcə də internetdə hansısa tanışlıq saytına, çata və ya sosial şəbəkəyə daxil olmuş istifadəçi də özü-özü ilə tamamilə tək, tənha və nəzarətsizdir. Burada onu real olaraq görən və tanıyan yoxdur. Və ya görənlər əsli ilə deyil, bir ayrı profillə (şəkillə) tanış olurlar. Çünki burada gizlənmək, qiyafəni dəyişmək, hər cür maska taxmaq mümkündür. Bu isə istifadəçiyə tam sərbəstlik verir. Qadın adı (niki) və şəkli (profili) arxasında gizlənən gənc oğlan və kişilərdə özünü qadın kimi aparardıqca onlarda qadınlaşma və “maviləşmə” başlayır. Təəssüflər olsun ki, internetin böyük imkanları qarşısında hər bir çoxbilmiş və ya kələkbaz istifadəçi də köməksiz, müdafiəsiz, qalxansız vəziyyətdədir. Lazım olanda istənilən nikin arxasında əslində kimin olduğu onun hansı telefon nömrəsindən (“aypi”) internetə daxil olması yolu və digər burada yazılması caiz olmayan vasitələrlə çox asanca müəyyən edilir. Hətta kiminlə, hansı ölkə ilə əlaqə qurulması da! Yoxsa ki, ölkələrin xüsusi xidmət orqanları tamam iflic vəziyyətinə düşərdi. Amma onların müdaxilə imkanları məhduddur. O saat dünyanın “demokratiya” dəllalları bundan böyük bir faciə düzəldəcək, öz hesabatlarına iri hərflərlə qeyd edəcəklər. Nəyisə bilmək çox da əsas məsələ deyil! Cinayətin yaranmasına mane olan proflaktika bu cinayət yarandıqdan sonra onu ifşa edən detektiv fəaliyyətdən daha dəyərlidir. Amma təəssüf ki, bizdə hələ də internet proflaktikası barədə düşünülmür. İfrat internet azadlığı iradə və xarakter keyfiyyətləri zəif olan böyük əksəriyyət gəncləri daha tez yoldan azdırır, əxlaqını pozur, dini əqidəsini dəyişdirir. Siyasi əqidəni tam nəzarət və təzyiq altında saxlamaq qətiyyən doğru metod deyil və hər kəs özünün siyasi oreantasiyasını müəyyən etməkdə azad olmalıdır. Lakin şəxsin (iqtidar və ya müxalifət mənsubunun) siyasi əqidəsi olmasa da, Dövlət strukturlarının və millətin mühafizəsi Milli təhlükəsizlik sübyektidir və deməli, qorunmalıdır! Hər şeyi taleyin və xüsusən də demokratiyanın ümidinə buraxmaq dövlət və millət kontekstində nə dərəcədə əhəmiyyətli olardı? Bu sahədə loyallığın acı aqibətinin nə demək olduğunu Şimalı Afrikada baş vermiş süni inqilab olayları aşkar sübut elədi. “Şimali Afrika ölkələrində “inqilabları” məhz internet törətdi!” desək çox da yanılmarıq. Zatən tənbəlliyə və boşboğazlığa meyilli olan ərəb gənclərini yoldan çıxartmaq, ayağa qaldırmaq, öz dövlətinə qarşı meydanlara çıxartmaq böyük maliyyə və agentura şəbəkəsi tələb edən, risqli bir iş idi. Amma Beynəlxalq güclərin internetdə yaratdığı “Facebook” adlı sosial şəbəkəsində hər ölkə üzrə 4-5 nəfəri məsul eləmək yüzminlərlə internet sitifadəçisi olan misirlini, tunislini, liviyalını və digər ölkə gənclərini yoldan çıxartmağa, qızışdırmağa, islahatlar tələbinə deyil, dağıdıcı inqilablar yaratmağa kifayət elədi. Bir müddət əvvəl Wikileaksi açıqlamaları üzə çıxarkən “İnanma, Fərhad!..” adlı söhbətimizdə bütün bunların arxasıyca daha böyük dalğanın gələcəyini qeyd eləmişdik. Sonra “Afrika küləyi” başladıqda, bütün Şimali Afrikanı bürüdükdə bunun yaxın Şərq, İran, hətta Çinə qədər gedəcəyi üzə çıxdı. Amma hansısa ölkə bu kimi vəziyyətlərdən sığortalanmaq məqsədilə nəsə bir qoruyucu tədbir gördümü? Hədəf olan ölkələr hələlik, başda Rusiya olmaqla, xristian-Qərb dünyasının və beynəlxalq masonun qarşısını Liviya və Suriyada kəsmək və başını qatmaq planını həyata keçirdir. Amma bu heç də tam bitgin yol deyil! Real həyatda hücum edə bilməyən, özlərinin BMT vasitəsilə təbliğ etdikləri dolandırıcı siyasətin əlində əsirə çevrilməkdən çəkinən beynəlxalq güclər bu işi virtual aləm hesabına və oradan müdaxilə edərək yerinə yetirməyə çalışır və bu işi davam etdirirlər. Burada fərdlər- adi internet istifadəçisi bəzən böyük bir institutun qurduğu ideoloji tələ ilə üzbəüz qalır. Onların qarşısında hər bir fərd zəif ola bilər. Bir fərd öz əxlaqı, tərbiyyəsi və biliyi ilə böyük bir qüvvənin qarşısında nə qədər duruş gətirər ki? Duruş gətirə biləcəyinə özümüzü çox da inandırmayaq! İnsan psixologiyasını mükəmməl bilən sosioloqları, psixoloqları, filosofları bir çatı altında birləşdirib öz marağına uyğun proqramlar tərtib etdirən məşhur (MKİ və MOSSAD kimi) xüsusi xidmət orqanları üçün hədəf seçilmiş ölkələrin aparıcı insanlarını yoldan çıxartmağa nə var ki! Onlar bütün sahələr üzrə hazırlatmış olduqları ideoloji virusları onlara xidmət göstərən istifadəçilər tərəfindən yaymaqda davam edirlər. Sosial şəbəkələrdə səhifəsi olan hər kəs bunun metodlarını ayırd edə bilər. Onlarca nik arxasında gizlənmiş xüsusi adamlar bu sahədə hər gün iş görməkdədir. Onların sırasında səfirlik əməkdaşları, agentlər, “ilişdirilmiş” məşhur simalar, xüsusən də kitabının buraxılmasına, övladının Qərb ölkələrində aldığı təhsilə, guya ki, istedadına görə vəzifəyə gətirilməsinə vəsait ayrılmış bəzi ziyalılar, klipinə sponsorluq edilmiş bəzi abırsız estrada müğənniləri, qrant əmən bəzi “QHT” əməkdaşları, maliyyə dəstəyi verdikləri siyasi partiya fəalları və felə uyan, küyə gedən sadəlövh gənclər onlarcadır.Bəşəriyyəti irəliyə aparan kompüter-internet bumu atom kimi onu məhvə də apara bilər. Bu ondan istifadə edən qüvvələrin yanaşmasından çox asılıdır. Yanaşma ilə yanaşı müdafiə də olmalıdır. O müdafiənin mükəmməl qurulması isə Dövlət əhəmiyyətli məsələdir.






Голосование:

Суммарный балл: 10
Проголосовало пользователей: 1

Балл суточного голосования: 0
Проголосовало пользователей: 0

Голосовать могут только зарегистрированные пользователи

Вас также могут заинтересовать работы:



Отзывы:


Оставлен: 15 июня ’2011   11:02
ELA!
   

Оставлен: 15 июня ’2011   11:06
KOPIYALADIM. OXUYACAĞAM.

Оставлен: 15 июня ’2011   11:16
Kopiyaladım.Oxuyacağam. Facebbokda link də verdim. Yaradıcı dostlarımızı
bu portala yönəltsek yaxşı olar. Bizimkilerden burda çox azdır.


Оставлять отзывы могут только зарегистрированные пользователи
Логин
Пароль

Регистрация
Забыли пароль?


Трибуна сайта

106
День за днем...

Присоединяйтесь 




Наш рупор

 
🌹

Ничего нет целого...✨ALEKS_BCH /Алексей Захаров/ & SUNO


https://www.neizvestniy-geniy.ru/cat/playcasts/playcast1/2602865.html?author

🌹

1035

Присоединяйтесь 







© 2009 - 2024 www.neizvestniy-geniy.ru         Карта сайта

Яндекс.Метрика
Реклама на нашем сайте

Мы в соц. сетях —  ВКонтакте Одноклассники Livejournal

Разработка web-сайта — Веб-студия BondSoft