16+
Лайт-версия сайта

Insanliqin zombileshdirilmesi yolunda yeni cehtler

Литература / Очерки / Insanliqin zombileshdirilmesi yolunda yeni cehtler
Просмотр работы:
13 июня ’2011   22:11
Просмотров: 25998

Hafiz Mirzə

www.hafizmirza.com
INSANLIĞIN ZOMBİLƏŞDİRİLMƏSİ YOLUNDA CƏHTLƏR!

( İndi də “xiyar virusu”nu gündəmə gətirdilər)

Artıq XXI əsr öz sürətini götürməkdə və ötən XX əsri uzaq keçmişə çevirməkdədir. Bir azdan “XX əsr” dedikdə yeni nəsil bizi “köhnə adamlar” zənn edəcək. Amma deyim ki, o ötən “köhnə əsrdə” iki dünya müharibəsi, burjua və sosialist inqilabları, yeni ictimai formasiyaların yaranışı, süqutu, etnik separatizm, yeni müstəqil respublikaların formalaşması və digər böyük və ziddiyətli hadisələr olsa da, ağıl, zəka, sağlam məntiq həmişə qüvvətli və öndə idi. Ona görə də bütün müharibə və münaqişələr sonunda sülhlə bitdi, haqq-ədalət öz yerini tapdı, böyük elmi kəşf¬lər üzə çıxdı. “Elektrik əsri” məhz XX əsrdə kompüter erasına start verdi. XX əsrin yetirdiyi dahi şəxsiyyətlərin paradı keçirilsə, ən uzaq ulduzlardan da humanoidlər, piteylər, lampadlar uçub gələr və ehtiram əlaməti olaraq silindirini çıxardıb başını tərpədər. Amma həm də elə bil bəşəriyyət XX əsrin sonunda silkinib özünün hisini- tozunu çırpdı və bu da XXI əsrə töküldü. Lakin o zaman dünyada hər cür qüdrətli qüvvələr, antoqonist siyasi formasiyalar və əks qütblərdə durmüş böyük dövlətlər vardı deyə həqiqət ayaq tutur və yeriyirdi. Kapitalizmlə Sosializm bir-birini nəzarətdə saxlayır və bu da dünyanın nizamının pozulmasına imkan vermirdi. Kapitalizmin qudurub şişdiyi yerdə sosializmin toppuzu hazır olurdu və ya əksinə. Həyat əksliklər üzərində qurulub axı. Amma XX əsrin ən böyük qüsuru bu əksliyi aradan qaldırması oldu. Kapitalizm fərdiyyətçilikdən qaynaqlanan rüşvət və saxtakarlığı sovet cəmiyyətinə sırıdı, sonra ardınca insan haqları, demokratiya, plürealizm və digər cəfəngiyyatlarla sosializmi dağıtdı. O zaman hamı düşünürdü ki, insanlıq bununla ağ günə çıxacaq və hamı xoşbəxt və firavan yaşayacaq. Amma üzərindən 20 il ötsə də dünya düzəlmir, hətta daha pis günə düşür. Çünki indi daha dünyada bir-birinə müxaliflik edən, səhvlərdən, harınlıqdan, ədalətsizlikdən, hegemonluqdan çəkin¬dirən iki böyük qüvvə yoxdur. Tək qalan kapitalizmin ürəyi nə istəyirsə, onu da edir. Hətta hamının açıq-aşkar səhv olduğunu dərk etdiyi nəsnələr bəşər cəmiyyətinin ön mövqelərinə qaldırılır. Daha dünya birmənalı ideyalarla yaşamır, ikili standartlarla, zorun diqtəsilə idarə olunur. Hətta ölkə başçıları haqsızlıqları etiraf edərək də əks mövqeyə səs verməyə məcbur olurlar. Heç demə artıq kapitalizmin özü də bir iqtisadi-siyasi ideologiya kimi görünməz qüvvələrin iradəsi altına düşübmüş! Bəli, indi dünyanı yeganə bir hegemon qüvvə idarə edir – beynəlxalq mason! Bu yaxınlarda siyasətdən kənar olan bir dostum qəribə mülahizə yürütdü. Onun zənniycə Çernobıl atom elektrik stasiyasında qəza baş verdikdən sonra Sovet İttifaqı, sosialist düşərgəsi dağıldı. İndi isə Yaponiyanın Fukisima Atom elektrik stansiyası partladı və bu isə kapitalizmi bitirəcək. Nə qədər qeyri-adi səslənsə də, artıq kapitalizmin sıradan çıxma ərəfəsindəyik. Amma yeni və alternativ bir sistem hələ yaradılmayıb. Bunun əslində Qlobalizm olduğunu iddia edənlər var. Amma bu qlobalizmi irəli sürən və həyata keçirtməyə çalışan isə nə kapitalizm və onun lideri sayılan ABŞ-dir, nə də əski sovetlər birıliyindən qopmuş yeni müstəqil dövlətlər. Bunun başında duran, bəli odur – beynəlxalq mason! İslamda Dəccal adlı təkgözlü bir qüvvənin gələcəyi və onun Qiyaməti yaxınlaşdıracağı bildirilir. Masonun svostikasına fikir vermisinizmi: üçbucaq içərisində tək bir göz. Yeri düşmüşkən, veb-kameranın, mobil telefonun, nəzarət kamerasının da bir gözü var. “Kitabi Dədə Qorqud” dastanındakı təpəgöz də Dəccala işarədir. İndi daha işarələrə ehtiyac qalmır. Hara baxırsan onun əlamətlərini, əməllərinin nəticəsini görürsən. Bizim yəhudilərlə işimiz yoxdur! Amma onların üstünlük və əksəriyyət təşkil etdikləri Beynəlxalk masonun bizimlə işi var axı! O, dünyanı öz inhisarına alıb, hamının birbaşa bütün işlərinə qarışır, kəskin müdaxilə edirlər. Onların sayəsində siyasətin dadı qaçıb və fahişə qadına çevrilib. Futbol artıq idman mahiyyətini itirib və katalizator oyunu, biznes xarakteri alıb. Pul artıq hər şeyin üstünə çevrilib. Haqq-ədalət də, nizam-intizam da, elm-təhsil də pula bağlanıb. Avropa özünün ailə dəyərlərini itirib, ateizm tüğyan etməyə başlayıb, kişilik dəyərləri dəbdən salınıb, real dünya işləri geylərin(“mavilərin”) ümidinə qalıb. Ölkələrin dövlət başı onların iradəsi ilə formalaşdırılır, İslam dininə qarşı Səlib yürüşü aparılır,.. Ədəbiyyat, incəsənət, estetik zövqlər öz mahiyyətini dəyişdirib. Kişiləri daha qadın ətəkləri cəlb etmir. Bir çox avropalı erkəklər kimi qadınlar da öz həmcinslərinə qarşı cinsəl marağa təhrik ediliblər,.. Bu da az imiş kimi indi bizim yeməyimizə də qarışırlar.Əvvəlcə mal-heyvanda quduzluq aşkar edilməsi ilə bağlı informasiya qabardıldı. Məqsəd İngiltərənin satılmayan və qalıb qocalmış bir qisim iri buynuzlu mal –qarasını quduzluq adı ilə öldürmək, bunun fonunda isə digər ölkələrdə daha böyük sayda mal-qaranın tələf edilməsinə nail olmaq idi. Hər hansı bir ölkədən gətitilmiş mal ətinə və ya malın özünə virusu yeritməyə, sonra da üzə çıxartmağa nə var ki! Və ya Rusiya və Ukraynanın süd məhsullarında hansısa mikrobun şıxmasını bəyan etməyə nə var ki? Həmin ölkələr bunu yalanlayana kimi olan oldu, böyük ziyan dəydi! 3-4 il əvvəl isə Mediaya “Quş qripi” barəsində material ötürüldü. Xüsusi mexanizm işə salınaraq quşçuluq sənayesinə ciddi zərbə vuruldu. Nədir-nədir, çöl quşlarında H5N1 və H7N7 virusları aşkar edilib! Bu isə guya ki, ev quşlarına və insana keçirmiş. Başladılar çöl quşlarını tələf etməyə, ölü quşları yığıb yandırmağa, özlərinin istehsal etdiyi vaksinləri satdırmağa,.. İnsana bir qara qəpiklik dəyər verməyən dövlətlər birdən-birə çöl quşlarının qayğısına qalmağa başlamışdılar. Bunun fonunda isə bir sıra ölkələrin broyler sənayesinə ciddi ziyan dəydi. Fabriklərin istehsalı dayandırmasını, bir xəstə quşa görə oradakı bütün ev quşlarının yandırılmasını zarafat sanmaq olmazdı. Bəs nədən ABŞ-in, Fransa, İngiltərə, Almaniya və digər qərb dövlətlərində quşlar qrip tutmadı və onların istehsalı olan quş əti satışdan çıxardılmadı? Guya ki, əvvəl quşlarda heç bir xəstəlik olmurdu və bu idbar kompaniyadan sonra daha quşlarda qrip virusları aşkarlanmır. Təbiətin bütün canlılarında həmişə müxtəlif xəstəliklər olub, indi də var, sabah da olacaq. Məgər qrip tutmuş insanları kütləvi şəkildə tələf edir, yandırırlarmı? Deməli, broyler fabriklərində, qoruqlarda quşlara da dərman vermək olar. Yoxsa ki, başqa vaxtlar aldığımız quş və ya mal ətini, süd məhsullarını aparıb labarotoriyadan keçirdirikmi? Təbii ki, hər növ qidanın hazırlanmasına həssaslıqla yanaşılmalı, sanitariya qaydalarına ciddi riayət olunmalıdır. Buna əməl edilmədikdə müxtəlif zəhərlənmələr, mədə-bağırsaq pozğuntuları, zəif orqanizmlər üçün isə ölüm halı labüddür. Bu qrip quşlara qarşı genosid başa çatdıqdan sonra Yəni beynəlxalq güclər bizim nəyi yeməli, nəyi yeməməli olduğumuzu da müəyyənləşdirərək bizimlə məzələnmək istəyirlər. Əslində isə bu, təkcə adı qaralanıb baykot siyahısına salınmaqla iqtisadi xarakter daşımır. Xatırlayıram ki, rayonda, həyətimizdə toyuq-cücə saxlayırdıq. Bəzən bu ev quşlarını xəstəlik tuturdu. Onda biz onların suyuna, yeminə dərman qatırdıq. Amma yumurtalarını atmırdıq, onları öldürüb yandırmırdıq. Müasir şəhər insanı təbliğatdan daha çox asılıdır, o adı pisə çıxmış insanlardan uzaq durmağa çalışdığı kimi, əks-təbliğata tuş gəlmiş qidalara qarşı da həssas yanaşır, istifadə eləmir. “Quş qripi” barədə cəfəngiyyat tüğyan edən ərəfədə rayon yerlərində kiminsə toyuq-cücəsinin xəstələnməsi, ölməsi hindəki bütün digər ev quşlarının da zorla öldürülməsilə nəticələndi. Bunun nəticəsidir ki, rayonlarda indi daha çox az sayda insan həyətində- fərdi təsərrüfatında toyuq-cücə saxlayır və indi fabriklərin istehsalı olan quş ətinə daha böyük tələbat yaranıb. “Quş qripi” barədə məlumatların tüğyan etdiyi dövrdə bir çoxları, o cümlədən də mən heç çəkinmədən, amma həmişəki qaydada sanitariya qaydalarına riayət edərək quş ətindən daha çox istifadə etdik, bu əks –təbliğatı vecimizə də almadıq. İnişil isə “donuz qripi” barədə şayiələr tüğyan etməyə başladı. Özlərinə qismət olsun, bu bizi bir elə narahat etmədi. Amma çox gülünc iddia o oldu ki, heç demə “donuz qripinə” ərəb ölkələrində də yoluxubmuşlar! Donuz ətindən istifadə etməyən islam ölkələri üçün bu iddia heç ağlasığan deyildi. Amma bu yolla xristian ölkələrindən həcc ziyarətinə artan marağın, böyük axının qarşısını ala bildilər. Səudiyyə Ərəbistanı həmin ölkələr üçün həcc limitini azaltmağa, daha ciddi sanitariya qaydalarına əməl edə bilsinlər deyə yoxlamanı qüvvətləndirməyə, məhdudiyyət¬ləri artırmağa məcbur oldu. Ötən il balıqlarla bağlı kompaniya nəzərdə tutulurdu. “Balıq qripi”nin mövcudluğuna kim etiraz edə bilər ki?! Qrip qoyunda da ola bilərdi. Biz bu barədə yazarkən mer-meyvəcatın, tərəvəzin, bostan bitkilərinin də müxtəlif epidemiyalara yoluxa biləcəyi barədə ehtimallar irəli sürmüşdük. Amma bu il üçün xiyarda xüsusi virus aşkar ediləcəyini heç proqnozlaşdırmamışdıq. Birdən birə dünya mediyasına xiyarda “EHEC” virusunun aşkarlandığı, həta 10 nəfərin bundan ölməsi barədə informasiya sırıdıldı. O ölənlər TV-lərdə aşkar göstərilməsə də, hər hansı ölünü bu adla göstərmək də mümkün idi. Guya ki, İspaniyanın Almeriya əyalətində yetiş¬dirilən və Almaniyaya gətirilən xi¬yardan istifadənin ucbatından epidemiya yayılıb, 10 nəfər ölüb, 46 nəfər yoluxub. Sonra digər ölkələrdə də yoluxanların sayı 300-ə, hətta iki minə, ölənlər isə 26-a çatdırıldı. İndi İspaniya haray-həşir salır, amma onun bu iddiaları rədd etməsinə məhəl qoyan yoxdur. Artıq əksər ölkələr İspaniya və Hollandiyadan alınan xiyara qadağa qoyublar. Bu isə həmin ölkələrin kənd təsərrüfatına milyardlarca dollar ziyan vurulması deməkdir. Son məlumata görə xiyar virusu Almaniyanın öz istixanalarında aşkar olunub. Amma indi əhatəni bir az genişləndirib lobyalı bitgilərdən də şübhələnilir. Lobyalı bitkilər kalori etibarı ilə ət və ət məhsullarından daha üstündür. Xatırladaq ki, duzsuz xiyarla qidalanma insanın böyrəyinə çox müsbət təsir göstərir, onlarca daxili orqanın, xüsusilə də cinsi orqanlarla bağlı kanalların işini yaxşılaşdırır. Avropanı bürümüş gey-parad müqayisədə daha çox İtaliya və İspaniyada təpgi ilə qarşılaşırdı. Bu da məsələnin əsas tərəfi deyil. Əsas odur ki, fərdi təsərrüfatdan çıxardılıb, sənaye üsulu ilə yaradılan məhsulları idarə etmək, müxtəlif vaksinlər vasitəsilə onlara müvafiq bio-genlərin yeridilməsi və deməli, bu ərzaqla qidalanan insanları sıradan çıxartmaq, aktivliyini aşağı salmaq və ya yuxarı qaldırmaq, idarə etmək mümkündür, asandır. İnsanlığın son on illiklər ərzində kütlə kimi asanca idarə edilməsinin, onları rahatca aldatmağın, bütün mənəvi meyarları asanca dağıda bilməsinin mümkünlüyünə diqqət vermisinizmi? 40-50 il əvvəlin insanını bu qədər asanlıqla idarə etmək mümkün idimi? Müasir insanın zəkası və informasiya almaq imkanları daha genişdir. Onu bu zəka ilə başlı-başına buraxmaq olarmı? Beynəlxalq güclər də bunu nəzarətsiz qoymurlar. 40-50 il əvvəl insanların zombilkəşdirilməsi, kütləvi hipnoz altına salınması, pereparatlarla idarə edilməsi barədə çox danışılırdı. İndi bu barədə heç danışılmır. Çünki artıq buna nail olunub. Üstünü açıb-ağartmağa dəyməz. Bir şəhərin istifadə etdiyi içməli su anbarlarına xüsusi pereparatların qatılması yolu ilə bir neçə gün ərzində o şəhəri ayağa qaldırmaq mümkün olmazmı? Və ya sakitləşdirmək, ram eləmək və sair. Ən real bir yol da qidaların nəzarət altına alınmasıdır. Dünyanı idarə etməli və tam firavan yaşamalı olan “300-lər komitəsi” barədə eşitmisiniz. Beynəlxalq və qaranlıq qüvvələrin nəzərdə tutmuş olduğu saydan kənarda qalanlar isə qara qul, şüursuz kütlə halına salınmalıdır. Bütün bu kimi oyunbazlıqlar ona xidmət etmirmi? Ən böyük və ən dəhşətli virus elə “özləri” deyilmi?
Sizi bilmirəm, mən artıq bir neçə gündür ki, şam yeməyini xiyardan hazırlanan müxtəlif salatlarla əvəz etmişəm. Necə qıyırsan çoban salatını! Yoxsa ki, hələlik dünyanı barmaqlarına dolayan beynəlxalq güclər gələn il pamidor, badimcan, bibər, qarpız, yemiş, sonra da meyvələrlə bağlı iddialar irəli sürəcəklər. Onlara qarşı təpginin bir metodu da fərdi təsərrüfatların yaradılması və inkişaf etdirilməsidir. Yaxşı olan hər şey torpaqda – təbiətdədir! Təbiəti-torpağı insandan qoruya bilsək!..






Голосование:

Суммарный балл: 10
Проголосовало пользователей: 1

Балл суточного голосования: 0
Проголосовало пользователей: 0

Голосовать могут только зарегистрированные пользователи

Вас также могут заинтересовать работы:



Отзывы:


Оставлен: 13 июня ’2011   22:34
интересно, это про те самые огурцы что по телеку показывали или рецепт вкусненьких огурчиков 

Оставлен: 15 июня ’2011   10:04
Потрясающе!!


Оставлять отзывы могут только зарегистрированные пользователи
Логин
Пароль

Регистрация
Забыли пароль?


Трибуна сайта

Безумная любовь, Распустилась сирень,

Присоединяйтесь 




Наш рупор







© 2009 - 2024 www.neizvestniy-geniy.ru         Карта сайта

Яндекс.Метрика
Реклама на нашем сайте

Мы в соц. сетях —  ВКонтакте Одноклассники Livejournal

Разработка web-сайта — Веб-студия BondSoft