16+
Графическая версия сайта
Зарегистрировано –  123 641Зрителей: 66 699
Авторов: 56 942

On-line23 219Зрителей: 4588
Авторов: 18631

Загружено работ – 2 128 724
Социальная сеть для творческих людей
  

Milli anti-virus yaradana Milli Qehreman ordeni!

Литература / Очерки / Milli anti-virus yaradana Milli Qehreman ordeni!
Просмотр работы:
15 июня ’2011   00:07
Просмотров: 26477

Hafiz Mirzə
                                  www.hafizmirza.com 

        İDEOLOJİ ANTI-VİRUS YARADANA MİLLİ                          QƏHRƏMAN ORDENİ!
( Bəzi sosial şəbəkələrin ixrac etdiyi ideoloji virusa qarşı milli anti-virus)
                             II MƏQALƏ
Bir vaxtlar video-maqnitafon, video-kaset, video-salon cəmiyyətin kütləvi həyatına qədəm qoyanda ona münasibət heç də birmənalı olmamışdı. Çoxları onun yalnız bir cəhətinə xüsusi önəm vermiş və parnoqrafiya yayıcı xüsusiyyətinə görə qəbahətli hesab etmişdi. Bu mif yalnız onun dəbdən düşmək üzrə olduğu son illərdə sındı və unuduldu. İndi isə internetə münasibət də birmənalı deyil. İnsanlar onun yalnız bir mənfi xüsusiyyətini qabardıb, qıyqacı baxır, abırlı sayılan yaşlı təbəqə isə ondan tamam çəkinir. Amma internet bir dünyadır! Hər kəs də ondan öz zəka və əxlaq səviyyəsinə görə yararlanır. İnternetdən elmi axtarışlar, sosioloji tədqiqatlar, obrazların öyrənilməsi, psixoloji testlər, yaradıcılığın təbliği, bədii nümunələrin daha böyük sayda oxucuya, tamaşaçı və ya dinləyiciyə operativ çatdırılması, zəngin informasiya və həqiqi dostlar əldə edilməsi və bütün dünya auditoriyasına inteqrasiya məqsədilə istifadə edənlər var! Bəli, elələri cəmiyyətin elitasıdır. Amma bu sayca çox azdır. Təbii ki, həmişə orta təbəqə və kütlə səviyyəsi üstünlük təşkil edir. İkincilər internetdən əylənmək, əks cinslərlə məzələnmək, eyş-işrət əlaqələri qurmaq, cəmiyyətə əks olan düşüncələrin yayılması, iqtidarı olmadıqda belə özünü ədəbiyyat və siyasətdə təsdiq eləmək, eləcə də onlara verilmiş xüsusi tapşırıqları icra etmək məqsədilə istifadə edirlər. Bəzən onlar elə çoxluq təşkil edirlər ki, forumlarda sağlam qüvvələr görünməz, bilinməz və müdafiəsiz duruma düşürlər. Sanki internet geylər, ateistlər, avantüristlər, abırsızlar və satanistlər üçün yaradılmışdır! Amma bunu düşünərək də heç bir mömin, əxlaqlı və zəkalı kimsə internetdən küsmür və bezmir. Çünki bura bir ayrı aləmdir!Əvvəllər cəmiyyət daha çox si¬ya¬siləşmişdi və ayrı-ay¬rı portallar müxtəlif mövzularda forumlar təşkil edərək insanları cəlb edir, eyni zamanda bu kütləvilikdə müxtəlif iqtisadi və siyasi reklamlar yapırdılar. Bu forümlar çox hallarda bir qrup insan tərəfindən təşkil olunur, həmfikirlər cəlb edilir və guya ki, müzakirələr nəticəsində müxtəlif fikirlərə, düşüncələrə yönləndirilirdilər. Etnik separatçılar belə forumlarda böyük üstünlük təşkil edir, hegemon görünürdülər. Anti-Azərbaycan, anti-türk təbliğatı burada üstünlük təşkil edirdi. Lakin həm onlara qarşı mübarizə aparan Vətənpərvər qüvvələrin sayı artdı, həm zaman dəyişdi, həm də ölkənin iqtisadi-siyasi-ictimai inkişafı onların səhv yolda olduğunu, arqumentlərinin puçluğunu təsdiq elədi. Sonra forumlara incəsənət xadimləri, xüsusən də müasir estrada müğənnilərinin intim həyatından ibarət maqazin xəbərlər, şoular, daha sonra sünnü, sələfi və şiyə yönümlü dini mövzular sırıdılmağa başladı. Amma tədricən bu da səngidi. Buna səbəb isə internetdə sosial şəbəkələr “bum”unun baş qaldırması oldu. “Dayaz”, “Azəribloq” kimi milli, “Moy Mir”,”Odnoklassniki”, “Facebook”, “Twitter” və ”Blogger” kimi digər məşhur sosial şəbəkələrin əhatə dairəsi genişləndi. Onlardan istifadənin pulsuzluğu daha cazibədar idi. Sayt ( ayrıca şəxsi səhifə) açmaq böyük ma¬liyyə vəsaiti hesabına başa gəlir, hər il domen (yayım) haqqı ödənilir və saytın doldurulması üçün lazım olacaq qədər material tələb olunurdu. Amma hansısa sosial şəbəkədə səhifə açmaq, ona bir-iki şəkil və material qoymaq əksəriyyət üçün imkan daxilində idi. Lakin şəxsi internet saytı olan yaradıcı insanlar da bununla kifayətlənmir və sosial şəbəkələrə üz tuturdular. Çünki sosial şəbəkələrin təbliğat sferası və imkanları çox geniş idi. İndi artıq hansısa sosial şəbəkədə təmsil olunmaq ölkə başçıları səviyyəsində nüfuz işinə çevrilib. Hətta bunlar arasında da təbəqələşmə başlayıb. Məsələn, ali hakimiyyət mənsubları (baş nazirlər, prezidentlər, siyasi partiya liderləri) daha çox www twitter.com -da, orta təbəqə www. Facebook.com-da məskunlaşıb. “Facebook”un texniki və proqram imkanları daha geniş və daha zəngindir. Onun istifadəçiləri yəqin ki, milyardı keçib. Radikal siyasi kəsim, xüsusən də ateistlər burada çox fəal¬dırlar. Eyni qədər fəallıq geylərə (“mavilərə”) də aiddir. Türkiyədən “Facebook” daha çox geylərin inhisarındadır. Bu sosial şəbəkə bədii yaradıcılıqla, xüsusən də publisistika ilə məşğul olanlar üçün çox geniş imkanlar açır. www. mail.ru portalının “Moy Mir” və “agent” şəbəkəsi isə daha çox erotik tanışlıq həvəskarlarını cəlb edir. Ora orta və aşağı təbəqənin sosioloji tədqiqatı baxımından əhəmiyyətli məkandır. Bir çoxları orada fəaliyyətinə xitam vermiş və ya onu unutmuşdur. Orta və aşağı təbəqənin cəmləşdiyi digər bir sayt www.odnakalssniki.ru tanışlıq saytıdır. Burada bir çox tanınmışlar, məşhurlar yer alsa da, şəbəkənin əxlaqi səviyyəsi çox aşağıdır. Qoyduğun ciddi materiala kimsə maraq göstərməyəcək. Amma müəllif (profil) yerinə bir açıq-saçıq qadın şəkli qoyulsa o saatdaca reytinq qıracaq. www.netlog.com portalının Türkiyə bölümündə üzvlərin arasında geylərin faizi 95%-dən yuxarıdır. “Blogger” , “Google” və digər portallar həm istifadəçi sayına, həm də texniki imkanlarına görə məhdud imkanlara malikdir. 
Guya ki, sosial şəbəkələr demokratiyanın hakim olduğu ən obyektiv məkandır. Facebook, Blogger,Tvitter,Netlog kimi ən məşhur sosial şəbəkələrdə, “Mirtesen. ru”, “vkontakte.ru”, “vkruqudruzey.ru”, “odnoklassniki.ru”, “yotube.com” kimi portallarda, MSN, İÇQ, Skupe və Mail.ru.agent kimi tanışlıq və birbaşa əlaqə şəbəkələrində səhifəsi olan və bütün qisim insanlarla onları öyrənmək naminə əlaqə qurmuş bir şəxs kimi, yəni içərisində gəzərək, əslində oraların hansı durumda olması barəsində yanlış rəy vermək ehtimalım aşağıdır. İçərisində dinsiz, imansız, ateist, əxlaqsız, satqın və bütün milli-mənəvi dəyərlərdən uzaq olan insanların hegemonluq etdiyini hətta bu sosial şəbəkə və informasiya portalları ilə əlaqə imkanları bir qədər məhdud olan istifadəçilər də etiraf edə bilər. Əxlaqi və siyasi baxımdan məqbul obyekt hesab olunmayan kəslərin dost siyahısında minlərlə istifadəçi olur. Onlar özlərinin hər hansı fikrini, məqaləsini, başqasının mətninə verdiyi rəyi, açıqlamanı burada yerləşdirir, “Paylaş” pəncərəsinə tıklamaqla bir andaca bunları siyahıdakı minlərlə dostuna çatdıra bilirlər. Burada kimin kim olduğunu asanca müəyyən edə bilməzsən. Bundan ötrü güclü siyasi-ideoloji və ürfani əxlaq sahibi olmaq lazımdır. Bu isə neçə faiz soydaşımızda var? Hətta daxil olarkən babat əxlaqa malik insanlar da tezliklə korlanmamaqdan sığortalanmayıblar. Deməli, internet həm də kütləvi zəhərlənmə mənbəyi olaraq çox təhlükəli sayıla bilər. Hər kəs öz dilinin altında gizləndiyi kimi, burada da istifadəçilərin məramı öz yazılarından və “dost-tanış” üçün qoyduqları “link”lərdən bəlli! Qeyd edim ki, müvafiq “beynəlxalq” siyasətə uyğun gəlməyən Vətənpərvər qüvvələrin dost siyahısı görünməz bir qüvvə tərəfindən daim məhdudlaşdırılır, tez-tez cərimə edilir, dondurulur və ya özlərindən xəbərsiz dostlar silinir, azaldılır, səhifə bağlanır. Bu isə onların əhatə dairəsinin genişləndirilməsinə qarşı olan bir mühüm maneədir. Şəxsən mənim facebookdakı profilimə hər gün ən azı 10 nəfər dost olaraq daxil olursa, mən onları dostluğa qəbul edirəmsə də, günün sonuna qədər köhnələrdən ən azı 7-8 nəfər silinir. Baxmayaraq ki, burada son limit 5 min civarındadır. Hünərin var buradakı “divara” milli-mənəvi dəyərlərə, xüsusən də İslama xidmət edən fikirlər yaz. O dəqiqə buradakı ateistlər qarğa-quzğun kimi üstünə daraşacaqlar. Məqsədləri qəsdən diskusiya açmaqdır. Qarşı tərəfi qıcıqlandırmaq, ziddiyyətli, heç bir elmi və real əsasları olmayan arqumentlərlə yer-yerdən cavab verərək, onu yormaq, bezdirmək əsas məqsədləridir. Abırlı adam çox “ağız-ağıza” verməyəcək axı. Onların arqumentləri əslində yanlış da olsa müxtəlif mənbələrə əsaslanır. Amma demək olmaz ki, sənin qarşına bu qədər əks arqument gətirən kafirlər, əxlaqsızlar, bədxahlar adları qeyd edilən Avropa filosoflarını şəxsən oxumuş, tədqiq etmişlər. Həm elə kitablar oxumaq, həm də sosial şəbəkələrdə günlərlə, saatlarla diskusiyaya girişməyə vaxt çatdırmaq heç mümkün olmaz. Bəs onun bunda məqsədi nədən ibarətdir? Özünü tanımadığı adamlara təsdiq etməkmi? Bu da inandırıcı deyil. Məqsəd daha qlobaldır. Axı məhz şəxslərlə beləcə fərdi işlənilməsi zəncirvari reaksiyalar doğura bilir. Əsas olan mikrobun, virusun insan düşüncəsinə salınmasıdır. Zaman keç¬dikcə, anti-virus vurulmadıqda bunlar öz ciddi fəsadlarını doğuracaq. Burada iqtidarın, dövlətin lehinə olan hər hansı bir fik¬ri irəli sürmək çox ciddi əks-reaksiya doğurur. Sanki bu sosial şəbəkələri müxalif partiyalar maliyyələşdirir, onlar idarə edirlər. Amma əslində müxalif təşkilatların özü də bəzən virtual aləmdən istiqamətləndirilir, idarə olunur. Bütün bunlar dünyanı (ölkələri) ideoloji cəhətdən idarə etməyin bir metodu deyilmi? Bu fikri yüzlərcə faktla xırdalamaq da olar. Amma məlumatsız insanlara onsuz da nəyisə izah etməyə dəyməz! Bilgisi olanlar nəyə işarə edildiyini yaxşı anlayır. Bəs bütün bunlara qarşı əks təbliğat aparılırmı? Axı mikroba qarşı anti-biotik, zəhərə qarşı zərdab, virusa qarşı anti-virus vurulmadıqda o özünün ciddi fəsadlarını hökmən göstərəcəkdir. Bu heç də hakim komandanın mənafeyindən əndişələnməkdən doğan narahatlıq sayılmamalıdır. Ortada həm də dini və milli-mənəvi dəyərlər toplusu, mentalitet hədəfdədir! Deməli, anti-virus tələbi heç də siyasi təəssübkeşlikdən qaynaqlanmır. Bəli, bizə internet üçün milli anti-virus lazımdır! Bəs milli xarakter daşıyacaq bu antivirus nədən ibarət olmalıdır? Necə olmalıdır? Təbii ki, həmin sosial şəbəkələrin yayınını dayandırmaq anti-demokratik addım sayılacaq və ciddi siyasi təpgi ilə qarşılanacaq. Ərəb ölkələrində bu formadan istifadə daha kəskin zərbələrlə qarşılanmadımı? Bəziləri buna qarşı gənclər təşkilatlarını virtual forumlara cəlb etməyi məsləhət görə bilər. Məqbul! Bəzi sosial şəbəkələrin pərdəarxası məqsədlərini ifşa edən operativ saytların yaradılması təklifi də mümkündür. Məncə ən güclü anti-virus ailələrdə, orta məktəblərdə və tele-kanallarda Vətənpərvərlik, dövlətçilik, xalqçılıq, Azərbaycançılıq və İslam dini tərbiyəsini aparmaqdan ibarət olmalıdır! İnternetdə aparılan əks təbliğatın qarşısına çıxarıla biləcək, onların arqumentlərini ifşa edəcək, milləti qoruyacaq güclü təbliğat aparılırmı? Bundan ötrü “Milli, dini və siyasi dəyərlərin internetdə qorunması haq¬qında Dövlət proqramı”nın qəbul edilməsinə də böyük ehtiyac var. “Qloballaşma”adlı böyük siyasi oyunbazlıq həm də bütün milli-mənəvi dəyərlərin sıradan çıxardılmasına və təqdim edilən yeni siyasi formada insanların mənəvi “inkubas¬siyasına” hesablanmamışdırmı? Buna qarşı loyallıq Milli Təhlükəsizlik maraqlarının ziddinə deyilmi?! Qəbil edilməli “Anti-virus” xarakterli Dövlət proqramından irəli gələn treninq, görüş və konfransların keçirilməsi, müntəzəm tele-verlişlərin, tok-şouların hazırlanması, kitab və broşuraların paylanması da anti-virus xarakteri daşıya bilər və ciddiyə alınmalıdır. Bəzi internet saytları guya ki, zorakılıq təbliğinə görə qadağa qoyur. Amma cəmiyyətdə qarşıdurmalara, vətəndaş itaətsizliyinə, əxlaqsızlığa yol açan virtual hücumlar daha ciddi zorakılıq təhlükəsi doğurur. Adətən müəyyən proqram hazırlayan koorporassiyalar ona qarşı virus da hazırlayırlar. Bunda rəqib şirkətlər daha çox maraqlı tərəf sayılır və hər ay yüzlərlə virus buraxırlar. Çünki müvafiq proqramın mühafizəsi üçün yaradılan proqramı (anti-virusu) da satmaq lazımdır. Deməli bir prqoram biznesdə 3 tərəfdən gəlir gətirə bilir; özünün, dağıdıcı virusunun və antivirusunun satılması ilə. Dünyanın ən varlı milyarderlərinin sırasında komputer proqramları hazırlayan Maykrasoft şirkətinin rəhbəri Bill Qeyts heç nahaq yerə ön pilləni tutmur. Elə “Facebook”un çox gənc sahibi, yəhudi Mark Zukerberq də kasıb oğlan sayılmır və bu sosial şəbəkənin dəyəri Şimali Afrika inqilablarını törətdikdən sonra yüz milyardlarla dollar civarında ölçülür. Təhlükənin masştabı və əhəmiyyəti hiss olunurmu? Bu sahədə böyük elmi kəşflər edə biləcək soydaşımızı indidən Milli Qəhrəman hesab etməkdə haqlı deyilikmi? Zərərli ideologiyalar yayan sosial şəbəkə və portallara qarşı texniki-proqram mühafizəsi də nəzərdə tutula bilər. Bu barədə çox şey xüsusi qrifə alınmalıdır.Əsas odur ki, “Milli anti-virus”u kəşf etməyin və işə salmağın zamanı çatmışdır! Bəlkə də bir qədər yubanmışdır!






Голосование:

Суммарный балл: 0
Проголосовало пользователей: 0

Балл суточного голосования: 0
Проголосовало пользователей: 0

Голосовать могут только зарегистрированные пользователи

Вас также могут заинтересовать работы:



Отзывы:



Нет отзывов

Оставлять отзывы могут только зарегистрированные пользователи

Трибуна сайта
Безумная любовь, Распустилась сирень,

Присоединяйтесь 



Наш рупор
Оставьте своё объявление, воспользовавшись услугой "Наш рупор"

Присоединяйтесь 






© 2009 - 2024 www.neizvestniy-geniy.ru         Карта сайта

Яндекс.Метрика
Мы в соц. сетях —  ВКонтакте Одноклассники Livejournal
Разработка web-сайта — Веб-студия BondSoft